"Sabah"ın hücumçusunun "Kəpəz"lə oyunu buraxacağı dəqiqləşib

"Sabah"ın hücumçusunun "Kəpəz"lə oyunu buraxacağı dəqiqləşib
İDMAN
12:17 06.04.2025
362
"Sabah"ın hücumçusu Coy-Lens Mikelsin bu gün Misli Premyer Liqasının XXIX turunda "Kəpəz"a qarşı keçiriləcək matçda meydana çıxmayacağı dəqiqləşib.

AZXEBER.COM xəbər verir ki, bu barədə "bayquşlar"ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib.

30 yaşlı forvardın ümumi durumuna Maqnit Rezonans Tomoqrafiyası (MRT) müayinəsindən sonra aydınlıq gələcək.

Qeyd edək ki, Coy-Lens Mikels Azərbaycan Kubokunun yarımfinal mərhələsinin "Neftçi"yə qarşı ilk oyununda ayağından zədə alıb.//report
OXŞAR XƏBƏRLƏR