"Sabah"ın rəqibi xorvatiyalı qapıçı transfer edib

"Sabah"ın rəqibi xorvatiyalı qapıçı transfer edib
İDMAN
19:50 24.06.2025
210
"Sabah"ın UEFA Avropa Liqasının I təsnifat mərhələsində rəqibi olan Sloveniyanın "Sele" komandası heyətini yeni futbolçu ilə gücləndirib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

"Sele" qapıçı Simon Sluqa ilə anlaşıb. 32 yaşlı xorvatiyalı qolkiperin müqaviləsinin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub.

Qeyd edək ki, komandalar arasında iyulun 10-da "Bank Respublika Arena"da keçiriləcək ilk oyun saat 20:00-da start götürəcək. İyulun 17-dəki cavab görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
OXŞAR XƏBƏRLƏR