“Sabah”ın tarixi uğuruna ekspert rəyi: “Heç kimin komandadan ciddi tələbi ola bilməz”

“Sabah”ın tarixi uğuruna ekspert rəyi: “Heç kimin komandadan ciddi tələbi ola bilməz”
İDMAN
12:38 26.08.2026
490
Xəbər verdiyimiz kimi, "Sabah” komandası UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.

Azərbaycan çempionu pley-off mərhələsinin cavab oyununda İsrailin "Hapoel” (Beer-Şeva) komandasını 3:2 hesabı ilə məğlub edərək tarixində ilk dəfə turnirin əsas mərhələsində iştirak etmək hüququ əldə edib.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada əldə olunan nəticə Azərbaycan futbolu adına da əlamətdar hadisə kimi qiymətləndirilir.
Maraqlıdır, "Sabah”ın bu tarixi uğurunu necə qiymətləndirmək olar və komandanın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki şansları nə qədərdir?
Mövzu ilə bağlı AZXEBER.COM-a danışan idman eksperti Anar Xanlarov bildirib ki, "Sabah” üçün bu nəticə fantastik uğurdur:

"Sözsüz ki, bu nəticə "Sabah” üçün fantastik nəticə sayıla bilər. Tarixində ilk dəfə qatıldığı Çempionlar Liqasında əsas mərhələyə vəsiqə qazandılar. III təsnifat mərhələsini 4:1, pley-off mərhələsini isə 5:2 kimi hesabla keçdilər.

Təbii ki, ilk növbədə klubun büdcəsi böyük gəlir əldə edəcək. Təkcə Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanmaq kluba 16 milyon avro qazandıracaq. Məlum məsələdir ki, komanda yaxşı mənada boyundan xeyli yuxarı tullanıb. Əsas mərhələdə heç kimin "Sabah”dan ciddi tələbi ola bilməz”.
Ekspert "Sabah”ın əsas mərhələdə keçirəcəyi oyunların komanda üçün böyük təcrübə qazandıracağını bildirib:

"Amma təbii ki, 8 oyun klubun özünə və futbolçulara böyük beynəlxalq təcrübə qazandıracaq. Nəticələr isə rəqiblərdən də asılı olacaq. Komandanın qarşısına konkret nəticə hədəfi qoymaq düzgün olmaz. Əsas məqsəd bu səviyyədə mümkün qədər yaxşı çıxış etmək və beynəlxalq təcrübə qazanmaqdır. Transfer siyasətində ciddi dəyişiklik olacağına inanmıram. Çünki Dambrauskasın sözlərindən də belə başa düşüldü ki, hazırkı heyətdən çox razıdır, bu heyətə inanır və yola davam edəcək".

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
10:09 17.10.2026
Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
10:07 17.10.2026
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
Tramp: Ukraynadakı münaqişə başa çatmalıdır
09:54 17.10.2026
Tramp: Ukraynadakı münaqişə başa çatmalıdır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
09:42 17.10.2026
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
09:34 17.10.2026
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
09:29 17.10.2026
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
09:21 17.10.2026
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
09:14 17.10.2026
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
09:03 17.10.2026
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
08:59 17.10.2026
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
08:52 17.10.2026
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
08:45 17.10.2026
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
İran Hörmüzün açılması üçün şərtini açıqladı
08:37 17.10.2026
İran Hörmüzün açılması üçün şərtini açıqladı
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
08:30 17.10.2026
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
08:23 17.10.2026
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib
08:16 17.10.2026
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib