Sabahkı iclasda Azərbaycanı Xələf Xələfov təmsil edəcək

Sabahkı iclasda Azərbaycanı Xələf Xələfov təmsil edəcək
SİYASƏT
11:51 09.12.2021
399
Moskva şəhərində sabah "3+3" formatında keçiriləcək regional platformanın ilk iclasında Azərbaycanı Xarici İşlər nazirinin müavini Xələf Xələfov təmsil edəcək.

Bu barədə AZXEBER.COM-a Azərbaycan XİN-in Mətbuat Xidməti İdarəsinə istinadən xəbər verir.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə yaradılmış "3+3" formatında platformanın ilk iclası dekabrın 10-da Moskvada keçiriləcək. Görüşdə Azərbaycan, Türkiyə, Rusiya, İran və Ermənistanın xarici işlər nazirlərinin müavinləri təmsil olunacaq.
OXŞAR XƏBƏRLƏR