ABŞ Dövlət Departamentinin Milli Təhlükəsizlik Şurasının sabiq əməkdaşı Stuart Seldovitzin Qəzza ilə bağlı fikirləri böyük əks səda doğurub.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, Seldovitzin Nyu-Yorkda küçə satıcısına sataşması sosial mediada trend mövzusuna çevrilib.
X sosial media platformasında paylaşılan videoda Seldovitzin küçədə yemək satan şəxsə "sən terrorçusan” sözləri ilə sataşdığı görülüb.
Videoda satıcıdan dəfələrlə ondan uzaqlaşmasını istəsə də, işlədiyini bildirərək onu şifahi olaraq incitməyə davam edən Seldovitz "Bilirsən nə var? "4 min fələstinli uşağı öldürdük, bu azdır", - sözlərini deyib.
Başqa bir istifadəçi tərəfindən paylaşılan fərqli videoda onun Məhəmməd Peyğəmbərə və Qurani-Kərimə qarşı təxribat xarakterli, hətta təhqiredici ifadələr işlətdiyi görülüb.
Seldovitzin Gotham Hökumət Əlaqələri adlı bir təşkilatda çalışdığı ortaya çıxandan sonra sözügedən təşkilat X hesabından açıqlama verərək Seldovitzlə bütün əlaqələrini kəsdiyini açıqlayıb.
Mikayıl