Sabiq Aparat rəhbəri: "Mənim şahidim Xalq artisti Şeyx Əbdüldür"

Sabiq Aparat rəhbəri: "Mənim şahidim Xalq artisti Şeyx Əbdüldür"
SOSİAL
14:40 30.08.2021
564
Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sabiq Aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

AZXEBER.COM "report"a istinadən xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə R.Quliyev ötən iclasdakı ifadəsini davam etdirib.

O bildirib ki, haqqındakı ittihamlar əsassızdır: "İttihamda heç bir sübut yoxdur. Mən heç kimdən pul almamışam. İttihamda qeyd olunan Tamella xanımı ümumiyyətlə tanımıram. Məntiqlə düşünsək, bir biznesmen 2012-ci ildən 2018-ci ilədək sənəd dalınca sürünürsə, o, necə qazanc əldə edə bilər?!

Yenə deyirəm, sözügedən tikintiyə icazə ilə bağlı mənim qarşıma sənədlər hazır vəziyyətdə, sənədin arxasında lazımı rəylər verilmiş şəkildə gəlib. Mən də imzalamışam. Onun mahiyyətini araşdırmaq vaxtım olmayıb. Sənədlər mənə o vaxtkı Memarlıq və Şəhərsalma Baş İdarəsinin baş memarı Akif Abdullayev tərəfindən təqdim olunub. Hansı ki, bu insan qəbuluna gələn vətəndaşlar haqqında deyirdi ki, "qarpızı verdim, yola saldım".

BŞİH-in başçısının sərəncamı ilə mənə müavinin səlahiyyətləri həvalə olundu. Çünki bu ekstremal vəziyyət idi. Müavin Rauf Pənahov rəhmətə getmişdi. Mən də başçının sərəncamını icra etmək məcburiyyətində idim.

Həmin müddətdə mən yalnız vəfat edən müavinin elektron poçtuna gələn məktubları aidiyyəti üzrə yönləndirmişəm.

Gün ərzində bəzən 5 qovluq sənədə baxmışam. Fiziki olaraq onların hamısını yoxlamaq mümkün deyildi.

Fikir verin, mənim müavin səlahiyyətini icra etmək üçün nə ərizəm olub, nə əmək müqaviləm, nə də müavinin vəzifə maaşını almamışam.

Sözügedən ərazidə katlavan tikintisi 2013-cü ildə başlayıb. Məndən əvvəl orada görülən işlər nəticəsində həmin abidəyə ziyan dəyib. Mənim şahidim orada yaşayan xalq artisti Şeyx Əbdül və digər sakinlərdir.

Mənim sualım var. Necə olur ki, həmin ərazidə eyni statuslu başqa bir abidə sökülüb, yerində tikinti gedib. Həmin işə görə niyə cinayət işi açılmır?!

Üstəlik mənim imzaladığım sərəncam 4 ay sonra icra başçısı səlahiyyətlərini icra edən Eldar Əzizov tərəfindən ləğv edildi.

Mənim sərəncamıma qədər isə orada 4 mərtəbə artıq tikilmişdi. Deməli, həmin sərəncamın da heç bir hüquqi əsası olmayıb".

R.Quliyev şifahi şəkildə vəsatət verib ki, haqqındakı həbs qətimkan tədbiri ləğv edilsin.

Hakim vəsatəti prosessual qaydaya uyğun olmadığı üçün qəbul etməyib.

Daha sonra R.Quliyev dövlət ittihamçısının suallarını cavablandırıb.

Növbəti proses sentyabrın 6-na təyin olunub.

Qeyd edək ki, Baş Prokurorluğun məlumatına görə, paytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 141 ünvanında yerləşən yaşayış binalarının, habelə yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin sökülməsi və yeni yaşayış binalarının tikintisinə dair "FF-2011” Mənzil Tikinti Kooperativinə qanunsuz icazə verilməsi faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla istintaqı aparılır.

Aparılmış istintaqla Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsi üzrə səlahiyyətlərinin icrası həvalə edilmiş BŞİH başçısının Aparat rəhbəri vəzifəsində işləmiş Quliyev Rasim Vaqif oğlunun təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi qanunsuz üstünlük əldə etmək məqsədilə BŞİH başçısının Nəsimi rayonu ərazisində ofis və yaşayış binalarının tikilməsinə dair 31 may 2018-ci il tarixli 346 nömrəli sərəncamını şəxsən imzalamasına, bununla da sözügedən MTK-nın həmin ərazidə 1893-cü ildə inşa edilmiş yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin olmasını nəzərə almadan ayrı-ayrı fiziki şəxslərə məxsus olan mənzillərin, yaşayış və qeyri-yaşayış sahələrinin qanunsuz olaraq söküntüsünə başlamasına, habelə tikinti və söküntü işlərinin aparılmasının digər əsas şərtlərinin pozulmasına səbəb olmasına əsaslı şübhələr müəyyən olunub.

Qeyd edilənlər nəzərə alınmaqla, Rasim Quliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, cinayət işi üzrə Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi zərərçəkmiş qismində tanınıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Məhərrəm ayı bu tarixdə başlayır - FƏTVA
14:02 11.06.2026
Məhərrəm ayı bu tarixdə başlayır - FƏTVA
Ölkəmizdə arağa meyillilik artır – Biz niyə içirik?
13:56 11.06.2026
Ölkəmizdə arağa meyillilik artır – Biz niyə içirik?
Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
13:46 11.06.2026
Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
Qız övladı olan valideynlərə erkən pensiya veriləcək? - VACİB AÇIQLAMA
13:44 11.06.2026
Qız övladı olan valideynlərə erkən pensiya veriləcək? - VACİB AÇIQLAMA
Bakıda tanınmış restoranda dönərə görün nə qatırlar - Fotolar
13:34 11.06.2026
Bakıda tanınmış restoranda dönərə görün nə qatırlar - Fotolar
AYNA 419 min manat ödəyib bu dayanacaqları sökdürür
13:30 11.06.2026
AYNA 419 min manat ödəyib bu dayanacaqları sökdürür
"İqtisadi tariximizdə dərin bir devalvasiya şoku da yaşanıb" - Mikayıl Cabbarov
13:28 11.06.2026
"İqtisadi tariximizdə dərin bir devalvasiya şoku da yaşanıb" - Mikayıl Cabbarov
Xərçəngdən əziyyət çəkən blogerin vəziyyəti ağırdır - FOTO
13:21 11.06.2026
Xərçəngdən əziyyət çəkən blogerin vəziyyəti ağırdır - FOTO
İsveçdən əcnəbilərlə bağlı yeni qərar: Daimi oturum icazəsi ləğv olunur
13:20 11.06.2026
İsveçdən əcnəbilərlə bağlı yeni qərar: Daimi oturum icazəsi ləğv olunur
ADNSU-da Respublika Fənn Olimpiadalarının təbiət fənləri üzrə qalibləri mükafatlandırıldı - FOTOLAR
13:18 11.06.2026
ADNSU-da Respublika Fənn Olimpiadalarının təbiət fənləri üzrə qalibləri mükafatlandırıldı - FOTOLAR
"Arzum" ləqəbli blogerin heç bir vəsatəti təmin edilmədi
13:13 11.06.2026
"Arzum" ləqəbli blogerin heç bir vəsatəti təmin edilmədi
Şəhid övladları üçün ənənəvi “Məzun Günü” tədbiri təşkil olundu - FOTOLAR
13:01 11.06.2026
Şəhid övladları üçün ənənəvi “Məzun Günü” tədbiri təşkil olundu - FOTOLAR
İran: ABŞ hücumları atəşkəsi faktiki olaraq yararsız hala salıb
12:38 11.06.2026
İran: ABŞ hücumları atəşkəsi faktiki olaraq yararsız hala salıb
"İnsanın dostu onun cibidir, çünki..." - Aysun
12:35 11.06.2026
"İnsanın dostu onun cibidir, çünki..." - Aysun
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı yeni QƏRAR
12:34 11.06.2026
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı yeni QƏRAR
İmtahana gedən tələbə quyuya düşüb xəstəxanalıq olub - Anası şirkətdən şikayətçidir
12:28 11.06.2026
İmtahana gedən tələbə quyuya düşüb xəstəxanalıq olub - Anası şirkətdən şikayətçidir