Sabiq birinci xanım vəfat edib

MARAQLI
06:45 09.07.2011
1990

ABŞ-ın sabiq birinci xanımı, 36-cı prezident Lindon Consonun həyat yoldaşı Berd Conson dünən 95 yaşında dünyasını dəyişib. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi xəbərə görə, Leydi Berd Texas ştatındakı şəxsi evində vəfat edib. 

Qeyd edək ki, o 2002-ci ildə iflic olub və danışmaq qabiliyyətini tamamilə itirib. Dünyaya gələndə onu Klaudiya Alta Teylor adlandırıblar, lakin uşaq vaxtından bu xanımın ləqəbi Lady Bird (Parəbüzən) olub. 

Birinci xanım həmişə həyat yoldaşı Lindon Consona siyasi karyerasında kömək edib, lakin eyni zamanda o, yer üzündə olan bütün canlıların fədakar müdafiəçisi olub. Həyat yoldaşı Lindon Conson 1973-cü ildə vəzifəsindən getdikdən 4 il sonra vəfat edib.

ABŞı-ın birinci xanımları arasında ən çox yaşayan prezident Harri Trumanın arvadı Bess Truman olub. O 1982-ci ildə 97 yaşında ikən dünyasını dəyişib.

//Ans Press

OXŞAR XƏBƏRLƏR