Sabiq deputatın oğlu yüksək vəzifəyə təyin edildi

Sabiq deputatın oğlu yüksək vəzifəyə təyin edildi
SOSİAL
15:11 08.12.2022
315
Sabiq deputat, biznesmen Hacı Salayevin oğluna yüksək vəzifə verilib. 

AZXEBER.COM xəbər verir ki, "Qaynarinfo”nun əldə etdiyi məlumata görə, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik Turqut Hacı oğlu Salayev FHN-in Əməliyyat-istintaq idarəsinin rəisi təyin edilib.

Qeyd edək ki, Turqut Salayev 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən keçmiş deputat Hacı Salayevin oğlu, general Baba Salayevin qardaşı oğludur.

Xatırladaq ki, FHN-in Əməliyyat-istintaq idarəsinin rəisi, polkovnik Sahib Rzayev bu vəzifədən azad edilərək, Fövqəladə halların xəbərdar edilməsi Baş İdarəsinin rəisi təyin edilib. Bu idarənin rəisi, general-mayor Valeh Abdullayev isə təqaüdə göndərilib. 
OXŞAR XƏBƏRLƏR