Sabiq deputatlar 2 aydır maaş almır - Spiker məzuniyyətdədir

Sabiq deputatlar 2 aydır maaş almır - Spiker məzuniyyətdədir
SİYASƏT
23:14 17.01.2016
1745
Milli Məclisin sabiq deputatları maaş ala bilmirlər.
Parlamentin səlahiyyət müddəti bitmiş çağırışının təkrar seçilməyən üzvləri onlar üçün nəzərdə tutulan maaşı (deputat maaşının 80%-i) ala bilmirlər.
Milli Məclisdən onlara bildirilib ki, spiker Oqtay Əsədov məzuniyyətdədir. Ona görə də maaşların verilməsi ləngiyir.
Məlumatı sabiq deputatların bir neçəsi sayta təsdiqləyib.
Qeyd edək ki, sabiq deputatlar sonuncu dəfə ötən il noyabr ayının 12-sinə qədər olan maaşları alıblar. (musavat.com)
OXŞAR XƏBƏRLƏR