Sabiq icra başçısı xidməti pasportunu itirdi

SOSİAL
13:18 06.02.2025
137
Xətai Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Razim Məmmədov xidməti pasportunu itirib.

AZXEBER.COM "Teleqraf”a istinadən xəbər verir ki, sənədin hansı şəraitdə itdiyi məlum deyil.

R.Məmmədova xidməti pasportu Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) verib.

Artıq itən sənədin etibarsız sayılması barədə elan dərc olunub.

Qeyd edək ki, Razim İsa oğlu Məmmədov 1966-cı ildə anadan olub. 2006-2018-ci illərdə Bakı şəhəri Xətai Rayonu İcra Hakimiyyətinin başçısı işləyib.

OXŞAR XƏBƏRLƏR