Sabiq icra başçısının başı dərddə: təyinatın yubanmasının ŞOK SİRRİ

Sabiq icra başçısının başı dərddə: təyinatın yubanmasının  ŞOK SİRRİ
SİYASƏT
02:39 20.03.2016
2609
Cəbrayıl rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahmud Quliyevin fəaliyyətinin yoxlanılmasına qərar verilib. Buna səbəb onun vəzifədə olduğu müddətdə dövlət vəsaitlərinin təyinati üzrə xərclənməsinə dair kifayət qədər ciddi şübhələrin yaranmasıdır.
Bu barədə  məlumat verən etibarlı mənbənin sözlərinə görə, rayonun yeni icra başçısı təyinatı gecikir. “Buna səbəb məhz haqqında danışılan şübhələrdir. Artıq Mahmud Quliyevin icra başçısı olduğu dövrün təftişi ilə bağlı hazırlıqlar görülür. Yoxlamaların martın 25-dən sonra başlanılması gözlənilir. Təftiş nəticəsində ortaya çıxarılacaq korrupsiya faktlarının sabiq icra başçısına ciddi başağrısı yaratması istisna edilmir. Hətta onun cinayət məsuliyyətinə cəlb edilməsi də ən mühüm ehtimalllardan biridir. Yalnız bundan sonra rayona yeni icra başçısının təyin ediləcəyi deyilir. Bu böyük ehtimalla Quliyevin xələfinə icra başçısı postunu problemlərsiz təslim etmək istəyi ilə bağlıdır” deyə mənbəmiz əlavə edib.
Xatırladaq ki, ölkə başçısının 18 dekabr 2000-ci il tarixli 593 nömrəli sərəncamı ilə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilən Mahmud Quliyev prezidentin 3 mart 2016-cı il tarixli sərəncamı ilə həmin vəzifədən azad olunub. Onun vəzifəsi ilə vidalaşmasında əsas amil kimi bu ilin yanvar ayında Cəbrayıl sakinlərinin sosial tələblərlə etiraza qalxması və bundan sonra sabiq icra başçısının etirazçılarla görüşüb onlardan bəzilərinin ünvanına təhqir yağdırması göstərilir.
Mənbəmizin dediyinə görə, M.Quliyevin bu davranışının sosial şəbəkələrdə geniş əks-səda doğurduğunu nəzərə alaraq, onu Prezident Administrasiyasıən çağırıblar. “Burada sabiq icra başçısı ciddi tənbeh edilib, eyni zamanda yaxın vaxtlarda postundan kənarlaşdırıla biləcəyinə dair xəbərdarlıq olunub. Quliyev söyüş qalmaqalının ona qarşı təxribat olduğunu desə də, bu inandırıcı qarşılanmayıb” deyə qaynağımız vurğulayıb.
Mənbəmizin sözlərinə görə, vəzifəsindən azad edildikdən təxminən bir həftə sonra M.Quliyevin istirahət və səhhət səbəbilə ölkəni tərk etməsi də maraq doğurur: “Əgər onun fəaliyyəti ilə bağlı genişmiqyaslı yoxlamalar başlayarsa, sabiq icra başçısı ölkəyə qayıtmaya da bilər. O, Cəbrayıl rayonuna rəhbərlik etdiyi dövrlə bağlı ciddi korrupsiya və digər qanunsuzluq vasitələrinin aşkarlanmasından, nəticə etibarilə isə bunun hətta azadlığını itirmək riski yaratmasından ciddi əndişə keçirir, böyük ehtimalla vəzifəsindən kənarlaşdırıldıqdan qısa vaxt sonra ölkədən getməsi də planlı hərəkət olub, hətta onun məlum qorxuları səbəbindən ölkəyə qayıtmaması da istisna olunmamalıdır".
Qaynağımız deyib ki, yuxarı dairələrdə M.Quliyevin fəaliyyətindən narazılıqlar xeyli müddətdir mövcud olub, Cəbrayıl sakinlərinin bu ilin yanvarındakı etiraz aksiyası və sabiq icra başçısının vətəndaşlara qarşı həqarətli davranışı səbr kasasını daşıran son damlaya çevrilib. Onun icra başçısı ikən fəaliyyətinin təftişinə dair qərar verilməsi ilə bağlı qeyri-rəsmi bilgilər isə Quliyevin başı üzərindəki “qara buludlar"ın nəinki dağıldığını, hətta daha da sıxlaşdığını göstərir.
Onu da deyək ki, Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini hazırda Arif Fərzəliyev icra edir. Qaynar.info-nun etibarlı mənbəsi Fərzəliyevin uzun müddətdir rayon İcra Hakimiyyəti başçısının müavini postunu tutduğunu deyib. M.Quliyev “vurulduqdan” sonra isə onun vəzifəsinin icrası adıçəkilən müavininə tapşırılıb.
qaynar.info
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda yeni peşə və ixtisaslar yaradılır - VİDEO
05:46 15.03.2026
Azərbaycanda yeni peşə və ixtisaslar yaradılır - VİDEO
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
04:11 15.03.2026
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
03:29 15.03.2026
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
02:17 15.03.2026
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
01:34 15.03.2026
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
01:12 15.03.2026
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
00:48 15.03.2026
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
00:36 15.03.2026
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
00:21 15.03.2026
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
00:08 15.03.2026
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
23:56 14.03.2026
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
23:53 14.03.2026
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
23:39 14.03.2026
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
23:21 14.03.2026
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
Daha bir general öldürüldü
23:12 14.03.2026
Daha bir general öldürüldü
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
23:07 14.03.2026
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”