Sabiq icra başçısının köməkçisi məhkəmə zalında həbs olundu

Sabiq icra başçısının köməkçisi məhkəmə zalında həbs olundu
SOSİAL
10:34 07.02.2023
375
Göyçayın sabiq icra başçısının köməkçisi Vahid İsayevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

AZXEBER.COM APA-ya istinadən bildirir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 178 (dələduzluq) maddəsi ilə irəli sürülmüş ittihama xitam verilib.

Vahid Şükürov eyni məcəllənin 312.2 rüşvət verməyə təhrik etmə) maddəsi ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilib.

Sabiq icra başçısının köməkçisi məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, Vahid İsayev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs olunub.

Ona qarşı ilk olaraq Cinayət Məcəlləsinin 311.3.1 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 311.3.4 (rüşvət alma hədə-qorxu tətbiq olunmaqla törədildikdə) və 312.2 rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham irəli sürülüb.
OXŞAR XƏBƏRLƏR