Sabiq məmur həbsxanada öldü

Sabiq məmur həbsxanada öldü
SOSİAL
12:53 03.04.2018
4725
Bakıda məhkum xəstəlikdən ölüb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb. Orada saxlanılan Rövşən Balaqardaş oğlu Hüseynov xəstəlikdən vəfat edib.

Qeyd edək ki, R. Hüseynov Kənd Təsərrüfatı Naziriliyi Aqrolizinq ASC-nin Salyan filialının rəhbəri işləyib. R. Hüseynov 2015-ci ilin mart ayında İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik keçirməkdə ittiham olunaraq saxlanılıb. O, həbs ediləndən sonra tutduğu vəzifədən azad olunub.
OXŞAR XƏBƏRLƏR