Sabiq nazir müavininin və oğlunun biznes imperiyası - FOTOLAR

Sabiq nazir müavininin və oğlunun biznes imperiyası - FOTOLAR
SOSİAL
13:17 22.02.2017
2474

 

Bəzi məmur övladlarının harınlığı və ifrata çatmış varidatı ilə bağlı xəbərlər vaxtaşırı ölkə gündəmini məşğul edir, mətbuatda işıqlanır. Bu halda bəzən onların ataları cəzalandırılır, özləri isə məzəmmətə məruz qalır. Lakin üstündən bir az keçdikdən sonra hər şey keçmişdə olduğu kimi davam edir: onlar haqqında xoş olmayan soraqları gəlir.

AZXEBER.COM xəbər verir ki, musavat.com ləğv edilmiş Nəqliyyat Nazirliyinin sabiq birinci müavini Musa Pənahovun oğlunun "şəxsi maşın qarajı" və biznes imperiyası barədə maraqlı məlumat verib.

Sayt bildirir ki, Moldovanın keçmiş prezidentinin nəvəsi Yekaterina Voronina ilə evli olan Fuad Pənahov olduqca dəbdəbəli və ultra-lüks həyat tərzi sürür:

Sabiq nazir müavini Musa Pənahovun oğlunun 10-dan çox bahalı avtomobili var və bu maşınlar sayı 10-u aşan villalarının həyətində dayanır. Fuad Pənahov isə özü isə çox vaxt "10 RR 200", "10 ER 200" nömrəli "Range Rover", "Porsche" markalı avtomobillərilə və mühafizəçilərin müşayiəti ilə gəzir. Vyanada ali təhsil alsa da ərəb şahzadələri kimi həyat tərzi keçirir. Digər oğlu Kənan Pənahov isə Londonda təhsil alıb və avtomobil həvəsində qardaşından geri qalmır.

Musa Pənahovun oğlu üçün yaratdığı biznes imperiyasına ötən ilə qədər Azərbaycanda bir çox yolun tikintisini həyata keçirən "Todler" şirkəti də daxildir. Şirkət İtaliya mərkəzli bilinsə də əslində Musa Pənahova məxsus olub.

Bakı Beynəlxalq Ticarət Limanınında podratçı şirkət kimi fəaliyyət göstərən "Evroscon" şirkəti də sabiq nazir müavininin biznes imperiyasına daxildir və limanda əksər işləri həyata keçirib. Həmin tenderi udmasında Musa Pənahovun böyük "əməyi" olub.

Məlumatı verən mənbə qeyd edir ki, onun əsas gəlir yeri inşaat şirkətləridir. 

Digər gəlir yerləri isə bir vaxtlar barəsində sökülmə qərarı verilən, daha sonra sökülməyən "Megapolis" obyektidir. Bir vaxtlar hətta sökülməsi üçün hasara da alınmışdı. Vaxtilə yol çəkmək, kommunikasiya xətlərinin dəyişməsi kimi bir çox mötəbər layihələrdən milyonlar əldə edən Fuad Pənahovun şirkətində işləyən işçiləri belə yerə-göyə sığmırdı.

O, təkcə Mərdəkanın Dres adlanan ərazisində 3 mərtəbəli dəbdəbəli ev tikdikdən sonra bəyənmədiyi üçün sökdürüb və yenidən tikdirib.

Tikinti şirkəti adı altında Fuad Pənahov ölkəmizdən "qazandığı" pullarla Moldovada da böyük biznes qurub.

 





OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
02:27 26.05.2025
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
01:22 26.05.2025
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
23:51 25.05.2025
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
23:33 25.05.2025
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
23:29 25.05.2025
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
23:16 25.05.2025
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
23:10 25.05.2025
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
20 yaşlı qız dəm qazından zəhərləndi
22:50 25.05.2025
20 yaşlı qız dəm qazından zəhərləndi
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
22:44 25.05.2025
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
22:35 25.05.2025
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
“Putinin helikopterini vurmağa cəhd ediblər”
22:31 25.05.2025
“Putinin helikopterini vurmağa cəhd ediblər”
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
22:13 25.05.2025
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
22:04 25.05.2025
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
21:58 25.05.2025
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
21:44 25.05.2025
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib
21:35 25.05.2025
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib