Sabiq nazir vəfat etdi

Sabiq nazir vəfat etdi
SOSİAL
22:03 27.03.2024
471
Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat etdi.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, 79 yaşlı Namiq Abbasov 1995-ci ilin mart ayından 2004-cü ilin iyul ayınadək Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsində işləyib, general-polkovnik hərbi rütbəsinə qədər yüksəlib.

Nazir postundan azad edildikdən sonra 2004-cü ilin 16 dekabr tarixindən 2012-ci il oktyabrın 31-nə kimi Azərbaycanın Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri postunda çalışıb. Səfir vəzifəsini tərk etdikdən sonra təqaüdə çıxıb.
 

 


OXŞAR XƏBƏRLƏR