Sabiq polis rəisi faciəli şəkildə öldü

Sabiq polis rəisi faciəli şəkildə öldü
SOSİAL
10:49 11.10.2022
367
Sumqayıtda yol qəzasında dünyasını dəyişən piyada ilə bağlı detallar üzə çıxıb.

AZXEBER.COM Lent.az-a istinadla xəbər verir ki, hadisə nəticəsində dünyasını dəyişən Alxanlı Çingiz Mehbala oğlu sabiq polis polkovnikidir. O, Bakı şəhər Baş Polis İdarəsinin Maliyyə İdarəsinin keçmiş rəisi olub.

Hazırda araşdırma aparılır.

***09:49

Sumqayıtda avtomobil piyadanı vurub.

Hadisə Bulvar küçəsində qeydə alınıb.

Timur Məmmədov idarə etdiyi "Chevrolet Camaro" markalı avtomobillə yolu keçən Çingiz Alxanlını vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb.
OXŞAR XƏBƏRLƏR