Argentina məhkəməsi ölkənin keçmiş prezidenti general Reynaldo Binyoneni 1982-1983-cü illərdə, hakimiyyətdə olduğu zaman törədilən insanlığa qarşı cinayətə görə ömürlük həbs cəzasına məhkum edib.
AZXEBER.COM-un BBC Russian-a istinadən verdiyi xəbərə görə, 85 yaşlı Binyone – Argentina hərbi xuntasının sonuncu rəhbəri analoji cinayətlərə görə, artıq 3 uzunmüddətli həbs cəzasını çəkirdi.Bu dəfə Binyone və 4 keçmiş hərbçi indiyə qədər tapılmayan 7 hamilə qadın da daxil olmaqla, 23 nəfərin oğurlanmasında təqsirkar biliniblər. Hüquq müdafiəsi təşkilatlarının verdiyi məlumata görə, Argentina hərbçilərinin müxalifət aktivistlərinə və solçu üsyançılara qarşı apardığı “çirkli müharibə” zamanı məhkəməsiz 30 minə yaxın adam öldürülüb və ya xüsusi xidmət orqanlarının əli ilə yoxa çıxarılıb.