Misirin sabiq prezidentinin işi üzrə iclas Məhəmməd Mursinin ağ həbsxana paltarını geyinməkdən imtina etməsi səbəbindən dayandırılıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Mursi məhbuslar üçün nəzərdə tutulan ənənəvi ağ paltarı geyinməkdən imtina edib və məhkəməyə mülki geyimdə gəlib.Bu səbəbdən hakim ona irad tutub və iclasın dayandırıldığını bildirib.Qanuna görə, müqəssir ağ həbsxana geyimində olmalıdır, müttəhim isə artıq narıncı rəngdə geyinməlidir. Ölüm hökmünə məhkum edilənlər qırmızı geyimli paltarda olurlar.