Sabir Rüstəmxanlının qızı ilə evlənən Elçin ilk dəfə toyundan danışdı - AÇIQLAMA

Sabir Rüstəmxanlının qızı ilə evlənən Elçin ilk dəfə toyundan danışdı -  AÇIQLAMA
MAQAZİN
18:51 06.07.2016
7653

Elçin Cəfərov ilk dəfə efirdə öz toyundan danışıb.

AZXEBER.COM xəbər verir ki, sabiq millət vəkili Sabir Rüstəmxanlının qızı ilə ailə həyatı quran Elçin mətbuatda onun evliliyi haqqında yayılan xəbərlərdən danışıb.

“Space”in efirində yayımlanan “Sizinləyəm” verilişinə qonaq olan Elçin toyunun geniş səs-küyə səbəb olmasının hər iki ailənin tanınmış olması ilə izah edib.

“İstər mənim, istərsə də həyat yoldaşımın ailəsi ölkədə tanınan və bilinən ailələrdir. Buna görə mətbuat bizim toyumuzdan daha çox yazdı. Toydan artıq bir ay keçməsinə baxmayaraq hələ də bu haqda danışılır və yazılır”.

Müğənni verilişdə həyat yoldaşı üçün yazdığı “İlk və son” mahnısını da ifa edib.

Xatırladaq ki, “Sizinləyəm” verilişi hər həfətinin 1-5-ci günləri saat 14:30-da “Space”in efirində yayımlanır. Verilişin informasiya dəstəyi “AZXEBER.COM” portalıdır.

OXŞAR XƏBƏRLƏR