Sabirabad sakini bıçaqlanıb

Sabirabad sakini bıçaqlanıb
SOSİAL
10:05 29.03.2025
223
Sabirabadda baş verən bıçaqlanma ilə bağlı bir nəfər saxlanılıb.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan AZXEBER.COM-a bildirilib.

Məlumata görə, dünən saat 21 radələrində Sabirabad rayon sakini M.Cabbarov aralarında yaranmış mübahisə zəminində tanışı E.Ramazanova kəsici-deşici alətlə xəsarət yetirib. M.Cabbarov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR