Sabirabadda 37 yaşlı kişi bıçaqlanıb, həyat yoldaşı şübhəli bilinir

Sabirabadda 37 yaşlı kişi bıçaqlanıb, həyat yoldaşı şübhəli bilinir
HADİSƏ
09:11 16.07.2025
242
Sabirabad rayonunda bıçaqlanma hadisəsi baş verib.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Qaçaq Nəbi küçəsi, 134 ünvanında qeydə alınıb.

Belə ki, həmin ünvanda yaşayan 1988-ci il təvəllüdlü Musayev Mirzə Mehman oğlu sol qolunun bazu hissəsinin kəsilmiş-deşilmiş yaraları ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Yaralının dediyinə görə, o, həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR