Sabirabadda 37 yaşlı kişiyə xəsarət yetirildi

Sabirabadda 37 yaşlı kişiyə xəsarət yetirildi
HADİSƏ
12:52 16.07.2025
279
Sabirabadda 37 yaşlı kişiyə xəsarət yetirilib.

DİN-nin Mətbuat Xidmətinin Şirvan regional qrupundan AZXEBER.COM-a bildirilib ki, Sabirabad şəhər sakini 1988-ci il təvəllüdlü M.Musayev dünən saat 21 radələrində DİN-in "102 Xidməti-Zəng Mərkəzinə” müraciət edərək, həyat yoldaşının ona taxtadan olan məişət əşyası ilə xəsarət yetirdiyini bildirib.

Ona xəsarəti ilə bağlı xəstəxanada tibbi yardım göstərilib və evə buraxılıb.
Faktla bağlı Sabirabad RPŞ-də araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR