Sabirabadda avtomobil kanala aşıb, yaralananlar var

Sabirabadda avtomobil kanala aşıb, yaralananlar var
HADİSƏ
22:58 02.03.2025
384
Sabirabad rayonunda avtomobilin kanala aşması nəticəsində beş nəfər yaralanıb.

"Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Şıxlar kəndi ərazində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Toyota Prius” markalı minik vatomobili anidən idarəetmədən çıxaraq yolun kənarındakı su kanalına aşıb.

Qəza nəticəsində Sabirabad rayon sakinləri – 1977-ci il təvəllüdlü Abbasov Babək Yusif oğlu, 2001-ci il təvəllüdlü Adilov Əvəz Rəhman oğlu, 1991-ci il təvəllüdlü Fərəcov Davud Ramiz oğlu, 1991-ci il təvəllüdlü Hüseynov Ceyhun Məhəmməd oğlu və Abşeronun Xırdalan qəsəbəsinin sakini 1998-ci il təvəllüdlü Məmmədzadə Babək Ehtiram oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Zərərçəkmişlər Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR