Sabirabadda bir nəfər çayda batıb

Sabirabadda bir nəfər çayda batıb
SOSİAL
09:56 05.07.2025
228
Kür çayının Sabirabad rayonu, Ulacalı kəndindən keçən hissəsində 1 nəfər batıb.

AZXEBER.COM xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
OXŞAR XƏBƏRLƏR