Sabirabadda kütləvi dava - 4 nəfər həbs edildi

Sabirabadda kütləvi dava - 4 nəfər həbs edildi
SOSİAL
14:09 18.09.2018
3173
Sabirabad rayonunda quldurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

AZXEBER.COM Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, sentyabrın 17-də saat 14 radələrində Sabirabad rayonunun Nizami kəndində 4 nəfərin kənd sakinləri Mahir Hidayətovu, Murad Cəbrayılovu və qardaşı Nicatı döyməsi, M.Hidayətovun velosipedini və mobil telefonunu almaları barədə DİN-in "102 – Zəng Mərkəzi” Xidmətinə müraciət daxil olub.

Məlumatla əlaqədar dərhal Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Qaragüney Polis Bölməsinin əməkdaşları ilə birgə keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən rayonun Qaragüney kənd sakinləri Ceyhun Muradov, Xəyal Fətişov, Sakit Nuruşov və Rahil Heydərov saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.
 


OXŞAR XƏBƏRLƏR