Sabirabadda qadın televizorun yanması zamanı xəsarət alıb

Sabirabadda qadın televizorun yanması zamanı xəsarət alıb
SOSİAL
23:13 14.04.2018
4766

Sabirabadda baş verən yanğın zamanı ev sahibi yanıq xəsarətləri alıb.

Hadisə axşam saatlarında Sabirabad şəhəri, Muğan prospekti ev 34-də qeydə alınıb.

Həmin ünvanda yaşayan 1955-ci il təvəllüdlü Rzayeva Firuzə Hacıbala qızı evdəki televizorun yanması zamanı aşağı ətrafından yanıq xəsarətləri alıb. Yaralı Sabirabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 
///Report.az
OXŞAR XƏBƏRLƏR