Sabirabadda qadının doğuş zamanı ölümünün səbəbi açıqlandı

Sabirabadda qadının doğuş zamanı ölümünün səbəbi açıqlandı
SOSİAL
20:55 08.07.2025
253
1992-ci il təvəllüdlü hamilə qadın iyulun 7-də saat 18:00 radələrində İmişli Rayon Mərkəzi Xəstəxanasından Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Perinatal Mərkəzə təxliyə olunub.Hamiləliyin patologiyası şöbəsinə yerləşdirilən pasiyentə 39-40 həftə hamiləlik, baş gəlişi diaqnozları təyin edilib və zəruri tibbi xidmətlər göstərilib.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələri idarətetmə Birliyindən (TƏBİB) bildirilib.

Qeyd olunub ki, iyulun 8-də saat 13:50 radələrində doğuşa alınan şəxsin boyu 52 sm., çəkisi 4 kq. 200 qr., cinsi oğlan olan körpəsi dünyaya gəlib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir.

Zahı qadında profuz qanaxma başlaması qeydə alınıb və aparılan bütün reanimasiya tədbirlərinə baxmayaraq, saat 18:00 radələrində onun ölüm faktı qeydə alınıb.

Meyit təşrih olunması üçün aidiyyəti üzrə təhvil verilib.
OXŞAR XƏBƏRLƏR