Sabirabadda qaz balonu partlayıb, xəsarət alan var

Sabirabadda qaz balonu partlayıb, xəsarət alan var
SOSİAL
10:35 27.08.2023
148

Sabirabadda qaz balonunun partlaması nəticəsində rayon sakini yanıq xəsarətləri alıb.

Hadisə rayonun Çöl Beşdəli kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1996-cı il təvəllüdlü Bəybala Elşən oğlu Əliyev qaz balonunun partlaması nəticəsində müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada ilk tibbi yardım aldıqdan sonra B.Əliyev Bakı şəhərinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.
 
///Report
OXŞAR XƏBƏRLƏR