Sabirabadda qeyri-adi cinayət - Qulağını dişi ilə qopardı

Sabirabadda qeyri-adi cinayət - Qulağını dişi ilə qopardı
SOSİAL
10:53 07.01.2017
1947

Sabirabad rayon sakini qayınının qulağını dişləyərək qoparıb.

Hadisə Sabirabad royonunun Moranlı kəndində baş verib. Həmin kəndin sakini, 1986-cı il təvəllüdlü Mirzəyev Camal Mirzağa oğlu qayını - 1987-ci il təvəllüdlü Mirəliyev Xəqani Ağadadaş oğlunun qulağını dişi ilə qoparıb.
 
Münaqişəyə səbəb Xəqani Mirəliyevin kürəkəninin qardaşı, 1989-cı il təvəllüdlü Mirzəyev Cavad Mirzağa oğlunu döyməsi olub.
 
X.Mirəliyev qulaq seyvanının tam travmatik amputasiyası diaqnozu ilə əvvəlcə Salyan Rayon Xəstəxanasına, daha sonra Bakıda fəaliyyət göstərən xəstəxanalarından birinə çatdırılıb.
 
Faktla bağlı Sabirabad Polis Şöbəsində araşdırma aparılır.


///APA
OXŞAR XƏBƏRLƏR