Sabirabadda YAP-ın möhtəşəm mitinqi baş tutdu - FOTOLAR

SİYASƏT
18:25 30.10.2015
2282

Bu gün Yeni Azərbaycan Partiyası Seçki Qərargahının Sabirabad rayon şöbəsinin yekun mitinqi keçirilib.

AZXEBER.COM-un məlumatına görə, mitinqdə iki mindən çox Sabirabadlı iştirak edib. Mitinq iştirakçılara dövlətimizə, hakim partiyaya bir daha məhəbbətini, rəğbətini nümayiş etdirib. 

63 saylı Sabirabad birinci seçki dairəsindən hakim partiyanın namizədi Elçin Quliyev deyib ki, sabirabadlılar 1 noyabr 2015-ci il tarixdə bir daha dövlətə dövlətçilyə sadiq olduqlarını sübut edəcəklər. Yeni Azərbaycan Partiyasının qələbəsini təmin edəcəklər.

Mitinqdə çıxış edən millət vəkilləri Əhliman Əmiraslanov və Arif Əşrəfov də Elçin Quliyevə dəstək olublar və bütün sabirabadlıları adıçəkilən namizədə səs verməyə çağırıblar.
Görüşdən fotoları təqdim edirik:
OXŞAR XƏBƏRLƏR