Sabirabadda yol qəzasında ata və oğlu xəsarət alıb

Sabirabadda yol qəzasında ata və oğlu xəsarət alıb
SOSİAL
02:19 23.08.2023
159
Sabirabadın H.Əliyev prospektində iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report”un Aran bürosunun məlumatına görə, "Mercedes” markalı avtomobil digər nəqliyyat vasitəsilə toqquşub. Qəza nəticəsində Saatlı rayon sakinləri - 1953-cü il təvəllüdlü Abbasov Mircəlal Həmzə oğlu və oğlu, 1983-cü il təvəllüdlü İsmayıl Abbasov müxtəlf dərəcəli xəsarətlər alıblar.

Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR