Şabranda güclü yanğın başladı

SOSİAL
15:03 14.07.2016
1324
İlkin ehtimala görə, yanğın 500 hektar ərazini əhatə edir.
Şabran rayonunda güclü yanğın başlayıb.
Yanğın rayonun Gəndob kəndi ərazində qeydə alınıb.
Alov qısa müddət ərzində geniş əraziyə yayılıb. Yanğının söndürülməsi üçün əraziyə Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.
İlkin ehtimala görə, yanğın 500 hektar ərazini əhatə edir.
Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
///APA
OXŞAR XƏBƏRLƏR