Şabranda qanunsuz ov edənlər saxlanılıblar

Şabranda qanunsuz ov edənlər saxlanılıblar
SOSİAL
19:25 24.10.2022
224
Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayonun "Ağzıbir” ovçuluq təsərrüfatının ərazisində qanunsuz ov edən şəxslər saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan  verilən məlumata görə, Şabran RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə qanunsuz ov edən Sumqayıt şəhər sakini Emil Əliyev və Siyəzən rayon sakini Məhəmməd Nağıyev tutulublar.  Həmin şəxslərdən 2 ədəd ov tüfəngi və qanunsuz olaraq ovladıqları bataqlıq quşları aşkar edilib.

Faktla bağlı Şabran RPŞ-də araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR