xari

Şabranda reyd zamanı 25 sürücü cərimələndi – VİDEO

SOSİAL
21:42 22.04.2021
192
Şabran rayonunda reydlər davam edir. Atmosferi çirkləndirən, havaya zərərverici qazlar buraxan nasaz avtomobilləri müəyyən etmək məqsədilə keçirilən reydlər zamanı yüzə yaxın avtomobil yoxlamaya cəlb edilib.

"Təmiz hava” aylığı çərçivəsində keçirilən reyd zamanı avtomobillər saxlanılaraq xüsusi cihazlar vasitəsi ilə onlarda zərərli qazların miqdarı yoxlanılıb. Bəzi avtomobillərin vəziyyəti normal olsa da, bəzilərində havaya normadan artıq tullantı buraxdığı, mühərrikinin nasaz olduğu müəyyən olunub.

Keçirilən reyd zamanı yoxlanılan nəqliyyat vasitələrindən 25-nin mühərrikinin nasaz olduğu müəyyənləşib. Həmin avtomobillərin sahiblərinə inzibati protokollar tərtib edilib. 

Qeyd edək ki,rayonda reydlər mütəmadi olaraq davam edəcək.
 
///Oxu.az
 

OXŞAR XƏBƏRLƏR