Şabranda yanğın qeydə alınıb.
AZXEBER.COM-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Şabran rayonunun Taxtalar kəndində 5 ha biçilmiş taxıl sahəsi və dağlıq ərazidə 25 ha kol-kos yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.