Şabranda təcili tibbi yardım avtomobili qəzaya düşdü - Ölən var

SOSİAL
17:33 20.04.2023
692
Şabranda təcili tibbi yardım avtomobili qəzaya uğrayıb, ölən var.

Çağırış ünvanından qayıdarkən hərəkətdə olan təcili tibbi yardım avtomobili VAZ-2107 markalı minik maşını ilə toqquşub.

Nəticədə hər iki avtomobilə ciddi ziyan dəyib. Eyni zamanda, təcili tibbi yardım avtomobilinin içərisində olan infarkt diaqnozu ilə xəstəxanaya aparılan 1955-ci il təvəllüdlü Məmmədov Rəfi Hüsi oğlu hadisə yerindəcə ölüb.
İlkin ehtimala görə, qəzaya səbəb VAZ-2107 markalı maşınının sürət həddini aşması olub.

Faktla bağlı araşdırma aparılır.
 
///Report

OXŞAR XƏBƏRLƏR