Şabranda yenidən meşə yanır - Helikopterlər cəlb olundu

Şabranda yenidən meşə yanır - Helikopterlər cəlb olundu
SOSİAL
10:16 31.07.2018
3561
Şabran rayonunun Ərəblər kəndi yaxınlığında meşəlik ərazidə (mürəkkəb reylefli yüksək dağ massivi) tüstülənmə mənbələri müşahidə olunur. 

AZXEBER.COM Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Mülki müdafiə qoşunlarının şəxsi heyəti və Aviasiya dəstəsinin 2 ədəd "Mi-17” helikopteri hadisə rayonuna cəlb olunub. 

Tüstülənmənin qarşısının alınması üçün tədbirlər görülür. Əlavə məlumat veriləcək.

OXŞAR XƏBƏRLƏR