Şabranda yol polisini avtomobil vurub

Şabranda yol polisini avtomobil vurub
SOSİAL
22:49 04.01.2023
175

Şabran rayonunda yol polisi əməkdaşını avtomobil vurub.

Hadisə Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Gəndob kəndi yaxınlığında qeydə alınıb.

Belə ki, Siyəzən rayon sakini, 1991-ci il təvəllüdlü polis serjantı Ağayev Röyal Eldar oğlu həmin ərazidə xidmət apararkən hərəkətdə olan avtomobil onu vurub.

Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan polis əməkdaşı Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

///report

OXŞAR XƏBƏRLƏR