Şabranda yol qəzası: ölənlər var

Şabranda yol qəzası: ölənlər var
SOSİAL
14:29 26.08.2026
101
Şabran rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisə Gəndob-Yalama yolunun rayonun Şahnəzərli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, yük avtomobili ilə "Hyundai” markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində minik avtomobilində olan sərnişin hadisə yerində, sürücü isə xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.
 
///apa.az///


OXŞAR XƏBƏRLƏR