Şabran şəhərində Məmmədağa Nəzirov adına 4 nömrəli tam orta məktəbin bağlanması ilə bağlı yayılan xəbər valideynlərin narazılığına səbəb olub.
AZXEBER.COM Baku TV-yə istinadən məlumat verir ki, yayılan şayiələrə görə, sözügedən məktəbi lisey edəcəklər.
"Valideynlər olaraq biz iclasda bu xəbərə etirazımızı bildirib, sözümüzü demişik. Bizim maddi cəhətdən imkanımız yoxdur ki, uşaqlarımız üçün taksi tutaq, onları başqa məktəbə qoyaq", - narazı valideynlərdən biri deyib.
Məsələ ilə bağlı Quba-Xaçmaz Regional Təhsil İdarəsindən bildirilib ki, sözügedən məktəbin bağlanacağı ilə bağlı iddialar həqiqəti əks etdirmir:
"Adıçəkilən təhsil müəssisəsinin növbəti tədris ilindən tam orta təhsil səviyyəsinə keçirilməsi planlaşdırılır. 9-cu sinfə qədər 1-ci korpusda, 10-11-ci siniflər isə 2-ci korpusda təhsil alacaqlar".