Şabranın icra başçısı 2 yerli sakini məhkəməyə verdi

Şabranın icra başçısı 2 yerli sakini məhkəməyə verdi
SOSİAL
14:57 14.11.2025
158

Şabran rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynovun rayon məhkəməsinə xüsusi ittiham qaydasında şikayət təqdim edib.

AZXEBER.COM Musavat.com-a istinadən xəbər verir ki, icra başçısı rayonun Uzunboyad kənd sakinləri Səbirə Vəliyeva və oğlu Vüsal Muradovun barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayətində, hər iki şəxsin qeyd olunan maddələrin sanksiyası həddində azadlıqdan məhrum edilməsini istəyir.

Başçını narazı salan isə kənd sakinlərinin mətbuat üzərindən ondan pullarını tələb etmələridir.

Şabran rayon Uzunboyad kənd sakini Vüsal Muradov mətbuata müraciət edərək Şabran rayon İcra Hakimiyyətinin rəhbəri Asif Hüseynovun onlara olan borcu ödəməməsindən şikayətləniblər. Kənd sakini iddia edir ki, anası Səbirə Vəliyeva 2022-ci ildə ümumi dəyəri 10 min 500 manat olan 15 ton toxumluq arpanı icra başçısına nisyə satsa da, pulunu ala bilməyib.

Arpa satılan zaman icra başçısı özü qapıya gəldiyi üçün, ona inanıblar və alış-verişlə bağlı hər hansı sənəd imzalamayıblar.

"Yox, sənəd yox. Elə-belə inandıq da. Dedik daha bu boyda rayonun başçısıdır. Mən onunla sənəd imzalayım, notariusa aparım, qol çəkdirim ki, nisyə verirəm? Elə olmur axı, ay müəllim, ayıbdır. Dedi, verdim. Mən də inandım ki, daha bu boyda rayonun başçısıdır da, yalan danışmaz", - Vüsal Muradov "BBC Azərbaycanca”ya demişdi.

Həmin müsahibəsində Vüsal Muradov qeyd etmişdi ki, 1995-ci ildən toxumluq arpa əkməklə məşğul olub, ailəsinin bu kiçik təsərrüfatla dolandırlıb.

Sitat:

-3 ildir icra başçısı pulu vermədiyi üçün, artıq sahəsini normal əkib-becərə də bilmirik.

"İşlərin qızğın vaxtıdır. Texnikalar düzəlməlidir, işlər görülməlidir. Pulumuzu vermir ki, işimizi görək", - kənd sakini bildirib.
 Kənd sakini deyir ki, pulu almaq üçün müvafiq qurumlara şikayət edib, ancaq nəticə olmayıb.

Prezident Administrasiyasının əməkdaşı Habil Əzməmmədov 2025-ci il oktyabrın 20-də BBC-yə bildirib ki, icra başçısının vətəndaşı qəbul etməməsi ilə bağlı məsələyə aydınlıq gətiriləcək və gün ərzində kənd sakininin icra başçısı ilə görüşü təmin ediləcək. Şikayətlə bağlı isə qurumun əməkdaşı deyib ki, vətəndaş problemin həlli ilə bağlı məhkəməyə müraciət etməlidir. "Burada arbitr məhkəmədir. Hərə öz sübutunu ortaya qoymalıdır. Məhkəmə artıq araşdırmalı və qərar qəbul etməlidir ki, kim burada dələduzluq edib, etibar və inamdan sui-istifadə edib aldadıbdır. Orada şahidlər olacaq da, deyəcək gözümüzün qabağında yığmışıq, aparıb. Bir nəfərin işi deyil axı 15 ton taxılı yığmaq. Ona görə vətəndaşa məhkəməyə müraciət etməsi tövsiyə olunur", - Habil Əzməmmədov deyib. Oktyabrın 20-də ailə deyib ki, BBC-yə şikayətdən sonra onlara Şabran rayon İcra Hakimiyyətinin rəhbəri Asif Hüseynovun Səbirə Vəliyeva və oğlu Vüsal Muradovla görüşmək istədiyi bildirilib.

Musavat.com xəbər verir ki, bundan bir neçə gün sonra isə  Şabran Rayon Məhkəməsinə icra başçısı Asif Hüseynovun xüsusi ittiham qaydasında şikayəti daxil olub. Artıq şikayət üzrə hazırlıq iclası keçirilib və xüsusi ittiham üzrə noyabrın 19-na baxış iclası təyin olunub.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
18:10 31.07.2026
Bu nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
Azərbaycan–Qırğızıstan əlaqələri: Orta Dəhlizdən QHT əməkdaşlığınadək
18:02 31.07.2026
Azərbaycan–Qırğızıstan əlaqələri: Orta Dəhlizdən QHT əməkdaşlığınadək
Ramiz Mehdiyevin ailəsinə məxsus bankın lisenziyası ləğv edildi
17:54 31.07.2026
Ramiz Mehdiyevin ailəsinə məxsus bankın lisenziyası ləğv edildi
Birinci xanımlar reabilitasiya mərkəzi ilə tanış olublar - FOTOLAR
17:46 31.07.2026
Birinci xanımlar reabilitasiya mərkəzi ilə tanış olublar - FOTOLAR
Telefon almazdan əvvəl bunu bilin: Hansı markalar daha etibarlıdır?
17:29 31.07.2026
Telefon almazdan əvvəl bunu bilin: Hansı markalar daha etibarlıdır?
İspaniya Baş naziri: Sebteyə miqrant axını ərazi bütövlüyümüzə təhdiddir
17:25 31.07.2026
İspaniya Baş naziri: Sebteyə miqrant axını ərazi bütövlüyümüzə təhdiddir
Qırğızıstanda “Baku Resort & Spa” açıldı - FOTOLAR
17:14 31.07.2026
Qırğızıstanda “Baku Resort & Spa” açıldı - FOTOLAR
HƏMAS: Qəzzada hərtərəfli atəşkəs razılaşmasını qəbul etmişik
16:58 31.07.2026
HƏMAS: Qəzzada hərtərəfli atəşkəs razılaşmasını qəbul etmişik
Rusiya və Ukraynada oxuyan tələbələr Azərbaycan universitetlərinə köçürülə bilər?- AÇIQLAMA
16:41 31.07.2026
Rusiya və Ukraynada oxuyan tələbələr Azərbaycan universitetlərinə köçürülə bilər?- AÇIQLAMA
TuranBank Enerji Effektivliyi Fondu vasitəsilə güzəştli kreditlərin verilməsinə başladı
16:26 31.07.2026
TuranBank Enerji Effektivliyi Fondu vasitəsilə güzəştli kreditlərin verilməsinə başladı
150 balla qəbulu mümkün olan ixtisasların sayı artırılıb
16:14 31.07.2026
150 balla qəbulu mümkün olan ixtisasların sayı artırılıb
Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir
16:04 31.07.2026
Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir
ChatGPT ilə yazılan CV iş tapmağa kömək edir? – Mütəxəssislər xəbərdarlıq edir
15:51 31.07.2026
ChatGPT ilə yazılan CV iş tapmağa kömək edir? – Mütəxəssislər xəbərdarlıq edir
Bolqarıstanda prezident seçkilərinin tarixi açıqlandı
15:37 31.07.2026
Bolqarıstanda prezident seçkilərinin tarixi açıqlandı
Göygöldə fermerlərlə görüş keçirildi - FOTOLAR
15:35 31.07.2026
Göygöldə fermerlərlə görüş keçirildi - FOTOLAR
Telefonunuzun batareyasını ən çox hansı tətbiqlər “yeyir”? – Siyahı açıqlandı
15:30 31.07.2026
Telefonunuzun batareyasını ən çox hansı tətbiqlər “yeyir”? – Siyahı açıqlandı