“Sabunçu” xəstəxanasında ana olan azyaşlını qardaşı niyə döydü? – Türkanda film kimi olay

“Sabunçu” xəstəxanasında ana olan azyaşlını qardaşı niyə döydü? – Türkanda film kimi olay
SOSİAL
10:10 04.06.2022
839
Xəzər rayonu Türkan qəsəbəsində film kimi olay yaşanıb. İki il əvvəl 14 yaşlı yeniyetmə qız 28 yaşlı qəsəbə sakini ilə qeyri-rəsmi nikaha girib. Azyaşlı 15 yaşında ana olub və övladını 3 saylı Şəhər Klinik Xəstəxanasında (Sabunçu) dünyaya gətirib. Hazırda 16 yaşında olan Rəna Quliyeva (ad, soyad şərtidir) 1 yaşlı körpəsi ilə anasının evində yaşayır. 

AZXEBER.COM xəbər verir ki, məlumatı bizim.media-ya Türkan qəsəbə sakini Səbinə Mürsəlova verib.

Bildirdiyinə görə 1 yaşında körpəsi olmasına baxmayaraq Rəna Quliyeva qəsəbədə yüngül həyat tərzi keçirir. Buna görə qeyri-rəsmi nikaha girdiyi Yalçın Rəna Quliyevanı ata evinə göndərib:

"Rəna Quliyeva yeznəmin bacısıdır. Türkan qəsəbə 6 saylı internat məktəbində oxuyurdu. 14 yaşında olanda qəsəbə sakini Yalçına qaçdı. Yeznəm Vüsal Nəcəfov təsadüfən kişilərlə söhbətdə bacısının yüngül həyat tərzi keçirməsindən xəbər tutub və anasının evinə gedərək qızı döyüb. Ciddi xəsarətlər yetirməyib.
Sadəcə bacısı haqda eşitdiyi xoşagəlməz söhbətlərdən təngə gəldiyi üçün çıxış yolunu onu döyməkdə görüb. Döyülən Rəna Quliyeva anası ilə birgə yeznəm barəsində Xəzər Rayon Polis Bölməsinə şikayət ediblər. Polis Bölməsində ifadəsi alınandan sonra buraxılıb. Amma şikayət olduğu üçün haqqında cinayət işi qaldırılacaq. Əslində yeznəm deyil, 14 yaşında ailə quran və 15 yaşında ana olan Rəna Quliyeva cinayət məsuliyyətinə cəlb olunmalıdır. Bacımın himayəsində 3 azyaşlı övladı var və çətin durumda yaşayırlar. Yeznəm niyə həbs olunmalıdır ki?"
Səbinə Mürsəlovanın sözlərinə görə, Rəna Quliyvanın anası azyaşlı qızının əxlaqsızlıq etməsinə göz yumur. Daha doğrusu özü şərait yaradır:
 
"Öz oğlundan polisə şikayət edən ana deyir ki, qızım azad yaşamalıdır. Onun yüngül həyat tərzi keçirməsinə narahat deyil. Onu da deyim ki, Rəna Quliyevanın atası çoxdan dünyasını dəyişib".

Bacısının və yeznəsinin həyatı üçün narahat olduğunu vurğulayan Səbinə Mürsəlova aidiyyəti qurumların azyaşlı qızın ailə qurması və ana olması məsələsinə indiyədək niyə reaksiya verilməməsindən gileylənib. 
 
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Bizim.Media-ya məsələnin araşdırılacağını bildirib. 

Mövzunu diqqətdə saxlayacağıq.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
04:11 15.03.2026
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
03:29 15.03.2026
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
02:17 15.03.2026
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
01:34 15.03.2026
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
01:12 15.03.2026
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
00:48 15.03.2026
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
00:36 15.03.2026
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
00:21 15.03.2026
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
00:08 15.03.2026
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
23:56 14.03.2026
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
23:53 14.03.2026
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
23:39 14.03.2026
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
23:21 14.03.2026
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
Daha bir general öldürüldü
23:12 14.03.2026
Daha bir general öldürüldü
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
23:07 14.03.2026
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi
23:04 14.03.2026
Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi