Sabunçu xəstəxanasının həyətindən qumbara tapıldı

KRİMİNAL
15:57 04.12.2015
2187

3 saylı Sabunçu Şəhər Klinik Xəstəxanasının həyətində “F1” qumbarası tapılıb.

"Report"-un xəbərinə görə, qumbara Sabunçu Rayon Polis İdarəsinə təhvil verilib.

Qeyd edək ki, noyabrın 26-da Daxili İşlər Nazirliyinin keçirdiyi əməliyyatda polisə müqavimət göstərən bir neçə nəfər yaralanıb. Onlar hazırda 3 saylı Sabunçu Şəhər Klinik Xəstəxanasında müalicə olunur.

Polis əməkdaşları xəstəxananın giriş-çıxışına nəzarət edir.

OXŞAR XƏBƏRLƏR