Saçını boyayarkən halı pisləşən qız vəfat etdi

Saçını boyayarkən halı pisləşən qız vəfat etdi
DÜNYA
13:02 09.08.2023
504
Saçlarını boyayarkən halı pisləşən qız vəfat edib.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər vertir ki, Ege Universitetində təhsil alan Dəniz Dəmirbayraklı evdə saçını boyayarkən halı qəfildən pisləşib.

Yaxınları tərəfindən xəstəxanaya aparılan gənc qızın bütün cəhdlərə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.

Gənc qızın vəfatından sonra dostundan alınan məlumata görə, Dəniz evdə saçını boyayarkən qəfil qışqırmağa başlayıb və halı pisləşib.
 
Müayinədən sonra gənc qızın allergik xəstəliyi olduğu öyrənilib.
 
Prokuror gənc qızın dəqiq ölüm səbəbinin müəyyən olunması üçün tibbi ekspertiza rəyi tələb edib.

Gülay

OXŞAR XƏBƏRLƏR