“Saçını özü kəsirdi ki, bərbərə verəcəyi pulu uşaqlara xərcləsin” - Şəhid Fariz Həsənovun həyat yoldaşı - VİDEO

“Saçını özü kəsirdi ki, bərbərə verəcəyi pulu uşaqlara xərcləsin” - Şəhid Fariz Həsənovun həyat yoldaşı - VİDEO
SOSİAL
12:10 30.09.2021
3016
ATV-nin "Bizimləsən” proqramına qonaq olan Şəhid Fariz Həsənovun həyat yoldaşı Əzizə Həsənova hər kəsi göz yaşına boğub.

AZXEBER.COM xəbər verir ki, Əzizə, Farizin bərbərə getmədiyini, hətda saçını özü kəsdiyini bildirib:

"Həyat yoldaşım uşaqlar dünyaya gəldikdən sonra bərbərə getmədi, saçını özü kəsirdi. Dedi ki, ona verdiyim pulu uşaqlar üçün nəsə alarsan. Özü ac qalardı, amma uşaqlara heç vaxt korluq çəkdirməzdi. O Şəhid olduqdan sonra, saçını kəsdiyi maşınkanın üzərində saçının telləri qalmışdı. Qıymadım onu atmağa. Götürdüm, adımızın baş hərflərini yazdırdım”.
 
OXŞAR XƏBƏRLƏR