Əgər lazım gələrsə, saçlarımı keçəl qırxdıraram.
Bunu xalq artisti Məleykə Əsədova ATV kanalında yayımlanan "Geriya baxanda" proqramında deyib.
Aparıcı Günay Firudinqızı aktrisaya rol üçün saçlarını keçəl edə biləcəyini soruşub. Məleykə Əsədova isə cavabında buna razı olacağını bildirib:
"Bunun üçün oynadığım obraz mənim xoşuma gəlməlidir. Əgər obraz ürəyimcə olarsa, saçlarımı keçəl qırxdırmağa da hazıram" - deyə aktrisa bildirib.