"“SADAT"ın rəhbər şəxsləri ilə əlaqəm yoxdur” - Ərdoğan

"“SADAT"ın rəhbər şəxsləri ilə əlaqəm yoxdur” - Ərdoğan
DÜNYA
16:08 18.05.2022
302
"Mənim SADAT-ın rəhbər şəxsləri ilə əlaqəm yoxdur”.
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının TBMM Qrup Toplantısında çıxış edərkən deyib.
 
CHP sədri Kamal Kılıçdaroğlunun SADAT-a səfəri ilə bağlı danışan Ərdoğan qeyd edib ki, bu, Türkiyənin sərhədləri xaricində apardığı geniş əməliyyatlara cavabdır: "Biz çox yaxşı bilirik ki, bu hərəkat gündəm yaratmaq cəhdi deyil, Türkiyənin öz bölgəsindəki münaqişələrdə vasitəçi roluna və sərhədləri xaricində apardığı geniş əməliyyatlara cavabdır. Baxmayaraq ki, mənim SADAT-ın rəhbərləri ilə yaxından-uzaqdan heç bir əlaqəm yoxdur”.
 
Qeyd edək ki, prezident Ərdoğan həmçinin İstanbulun fəthinin mayın 29-da Atatürk Hava Limanında qeyd olunacağını da bildirib.
 

OXŞAR XƏBƏRLƏR