Sadist gənc iti asdı, sonra... - FOTO

MARAQLI
19:57 31.05.2011
1992
O, sadizmdə günahlandırılır.

Hriç saxladığı Pora adlı ağ köpəyini evin bağında asıb, sonra da boğazından asılmış itin məftildə yellənməsinin şəklini çəkərək "Facebook" sosial şəbəkəsindəki akkauntunda yerləşdirib. Bununla da kifayətlənməyən Hriç iti basdıraraq, yenə də şəkil çəkib.

Şəkilləri isə "İtimi asıb basdırdım, ha-ha-ha" yazısı müşayiət edirdi.

Poprad şəhər polisinin verdiyi məlumata görə, Hriç psixiatrik ekspertizaya cəlb olunub. Onun ruhi xəstə olub-olmadığı yoxlanacaq.

Gəncin özü əməlində heç bir qəbahət görmür.

"Pora son vaxtlar yaman tərbiyəsizləşmişdi. Sözümə qulaq asmırdı. Onu asdım ki, ağlı başına gəlsin. Üstəlik, şən mənzərə idi. Axı burada əcaib nə var ki?!" - Hriç deyib.

//milli.az

OXŞAR XƏBƏRLƏR