Şadlıq evlərinin sahibləri üçün bəd xəbər — Ağır cərimə və həbs

Şadlıq evlərinin sahibləri üçün bəd xəbər — Ağır cərimə və həbs
SOSİAL
14:30 03.11.2017
1322
Nazirlər Kabinetinin 20 oktyabr 2017-ci il tarixli qərarı ilə "Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı”nda edilmiş dəyişikliklərə əsasən toy mərasimlərində mətnli, yaxud mətnsiz musiqili əsərlərin istifadəsinə görə müəllif qonorarlarını ödəməkdən yayınmaq mümkün olmayacaq.
 
Müəllif Hüquqları Agentliyindən verilən məlumata görə, qərara əsasən, toy mərasiminin keçirildiyi hər gün üçün Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə 25 manat, digər şəhər və rayonlar üzrə 20 manat qonorar ödənilməlidir.
 
Müəllif Hüquqları Agentliyi nəzərə çatdırıb ki, bu qonorar şadlıq evlərində, kafelərdə və restoranlarda keçirilən toy mərasimlərində mətnli, yaxud mətnsiz musiqili əsərlərin istifadəsinə görə həmin obyektlərin sahibləri (mülkiyyətçiləri) tərəfindən ödənilməlidir.
 
Ödənilmiş qonorarın müəlliflər və hüquq sahibləri arasında bölünməsi və onlara çatdırılması üçün toy mərasimində səsləndirilən musiqili əsərlərin repertuarı də təqdim olunmalıdır. Qonorar müəlliflərin əmlak hüquqlarını kollektiv əsasda idarə edən ictimai birlik və ya kollektiv idarəetmə funksiyasını həyata keçirən təşkilat tərəfindən yığılır.
 
Qeyd etmək lazımdır ki, bundan öncə Vergilər Nazirliyi toy mərasimlərinin təşkili ilə bağlı müvafiq vergilərdən yayınmanın qarşısını almaq üçün həmin mərasimlərin keçirildiyi məkanlarda kameral nəzarət sistemi tətbiq edib və bu sistem uzun müddətdir ki, effektiv fəaliyyət göstərir. Başqa sözlə, şadlıq evləri, kafelər və restoranlar hər hansı bir gündə toy mərasiminin keçirildiyini müəlliflərin əmlak hüquqlarını kollektiv əsasda idarə edən ictimai birlik və ya kollektiv idarəetmə funksiyasını həyata keçirən təşkilatdan gizlədərsə, həmin qurumların Vergilər Nazirliyinə müraciəti nəticəsində əldə etdikləri rüblük hesabata əsasən bu yalan aşkara çıxarılacaq. Mövcud qanunvericiliyə əsasən, müəlliflik hüququ və əlaqəli hüquqların pozulmasına, o cümlədən müəllif qonorarını ödəməkdən yayınmaya görə istifadəçiləri ciddi mülki, inzibati və cinayət məsuliyyəti gözləyir.
 
Müəllif Hüquqları Agentliyindən daha sonra bildirilib ki, "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanunun 45-ci maddəsinə əsasən, müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilərlər.
 
Məhkəmə müəlliflik hüququ və əlaqəli hüquqlar ilə əlaqədar mübahisələrə baxarkən mülki-hüquqi müdafiənin ümumi vasitələrindən başqa iddiaçının tələbi ilə zərərin ödənilməsi əvəzinə pozuntuya yol verən şəxsdən müəlliflik hüququnun və əlaqəli hüquqların pozulması nəticəsində əldə etdiyi gəlirin tutulması və yaxud zərərin ödənilməsi və ya gəlirin tutulması əvəzinə 110 manatdan 55 min manatadək məbləğdə kompensasiya ödənilməsi barədə qərar qəbul edə bilər. Məhkəmə hüquq pozuntusu faktı sübut edildiyi halda vəkilə ödənilən haqq da daxil olmaqla hüquq sahibinin çəkdiyi ağlabatan xərclərin ödənilməsi barədə qərar çıxarmaq hüququna malikdir. Məhkəmə, həmçinin, hüquq pozuntusuna yol vermiş şəxsin bunu bilib-bilməməsindən asılı olmayaraq pozuntulara görə həmin şəxsin müəllifə (digər hüquq sahibinə) və ya əlaqəli hüquqların sahibinə kompensasiya ödəməsi barədə qərar çıxara bilər. Müəllifin və ya əlaqəli hüquqların sahibinin hüquq pozuntusuna yol verən şəxsdən kompensasiya ilə yanaşı, ona məxsus olan əsərdən və ya digər əqli mülkiyyət hüququ obyektindən normal istifadə zamanı əldə edə biləcəyi qonorarın ödənilməsini də tələb etmək hüququ var.
 
İnzibati Xətalar Məcəlləsinin 185-ci maddəsinə əsasən, müəlliflik hüququnu və əlaqəli hüquqları pozmağa görə, bu az miqdarda ziyan vurduqda materiallar, avadanlıqlar və hüquqpozmaya səbəb olan digər vasitələr müsadirə edilməklə səksən manatdan yüz əlli manatadək məbləğdə cərimə nəzərdə tutulur. "Az miqdarda ziyan vurduqda” dedikdə, min manatadək olan məbləğ başa düşülür. Cinayət Məcəlləsinin 165-ci maddəsinə əsasən, müəlliflik hüquqlarını və ya əlaqəli hüquqları pozmaya görə əgər bu əməllər nəticəsində xeyli miqdarda ziyan vurulmuşsa, min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər ilə cəzalandırma nəzərdə tutulub.
 
Eyni əməllər təkrar törədildikdə, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə əmlakı müsadirə olunmaqla iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırma nəzərdə tutulub. "Xeyli miqdar” dedikdə, min manatdan artıq olan məbləğ başa düşülür: "Göründüyü kimi, toy mərasimlərinin keçirilməsini müəlliflərin əmlak hüquqlarını kollektiv əsasda idarə edən ictimai birlik və ya kollektiv idarəetmə funksiyasını həyata keçirən təşkilatdan gizləyən və qonorar ödəməyən obyekt sahibləri qanunvericilikdə nəzərdə tutulan sanksiyalarla üzləşəcəklər".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
00:25 29.06.2025
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
Xamenei və onun Azərbaycanla müharibəsi
00:14 29.06.2025
Xamenei və onun Azərbaycanla müharibəsi
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
23:59 28.06.2025
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
23:50 28.06.2025
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
23:34 28.06.2025
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
23:27 28.06.2025
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
 Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
23:20 28.06.2025
Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
“Bu, çökən imperiyanın refleksidir”
23:15 28.06.2025
“Bu, çökən imperiyanın refleksidir”
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
23:11 28.06.2025
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
23:01 28.06.2025
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
22:56 28.06.2025
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
22:47 28.06.2025
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
22:41 28.06.2025
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
22:31 28.06.2025
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
22:05 28.06.2025
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb
21:50 28.06.2025
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb