Şadlıq sarayının sahibi 4 min manat məbləğində cərimələndi

Şadlıq sarayının sahibi 4 min manat məbləğində cərimələndi
SOSİAL
18:50 12.11.2021
298
Cəlilabad rayon Polis Şöbəsinin Göytəpə polis bölməsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində təşkil olunan toy mərasimi zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZXEBER.COM-a bildiriblər ki, aparılan yoxlamalar zamanı Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində yerləşən "Uğur” şadlıq evində təşkil olunan toy mərasimində iştirak edən qonaqların müəyyənləşdirilən say həddindən çox olması halı aşkarlanıb.

Həmin şadlıq sarayının sahibi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 4 min manat məbləğində cərimələnib.
OXŞAR XƏBƏRLƏR